AKKUMULYATİV DÜZƏNLİKLƏR

yumşaq çöküntülərin toplanması nəticəsində yaranmış düzənliklər. A.d. hansı akkumulyasiya amillərinin üstünlük təşkil etməsindən asılı olaraq-endogen (vulkanik), ekzogen (dəniz, allüvial, göl və s.), mürəkkəb mənşəli (allüvial-prolüvial, allüvial-göl və s.), sualtı və s. növləri ayrılır. аккумулятивные равнины аggraded plains
AKKUMULYATİV DƏNİZ RELYEF FORMALARI
AKKUMULYATİV ÖNDAĞLIQ DÜZƏNLİYİ
OBASTAN VİKİ
Böyük Düzənliklər
Böyük Düzənliklər (ing. Great Plains) — Kanada və ABŞ-nin ərazilərində yerləşən dağətəyi yayla, Qayalı dağlardan şərqdə yerləşir. Hündürlüyü təqribən dəniz səviyyəsindən 700–1800 m yüksəklikdədir. Uzunluğu təqribən 3600 km, eni 500–800 km bərabərdir. == Coğrafi mövqeyi == Böyük Düzənliklər Kanadanın Alberta, Manitoba və Saskaçevan əyalətlərini və Amerika Birləşmiş Ştatlarının Nyu-Meksiko, Texas, Oklahoma, Kolorado, Kanzas, Nebraska, Montana, Şimali Dakota, Cənubi Dakota və Vayominq ştatlarını əhatə edir. Bir sıra rayonlarında süxurların eroziyası müşahidə olunur, bu da bedlendlərin yaranmasına gətirib çıxardır. Ərazi cənubda Meksika yaylasına qədər gedib çıxır. Düzənlik daxilində iqlim kontinentaldır. Bitki örtüyü çöl (preri) tiplidir. == İqtisadiyyatı == Yayla ərazisində buğda istehsalı və otlaq heyvandarlığı inkişaf olunub.
Fluvioqlasial düzənliklər
Fluvioqlasial düzənliklər — Bu düzənliklərin əmələ gəlməsi əsasən dördüncü dövr buzlaqlarının əriməsi ilə əlaqədar olaraq,suyu daha da artmış dağ çaylarının dağıdıcı fəaliyyəti ilə izah edilir. Həmin çay sularının gətirdiyi çöküntülər ətraf sahələrə yayılaraq, geniş fluvioqlasial düzənliklər yaradır. Bu çöküntülər fluvioqlasial çöküntülər, həmin düzənliklər isə fluvioqlasial düzənliklər adlanır. Belə düzənliklər dördüncü dövr buzlaşma dövründə Qərbi Avropanın şimalında Almaniya və Polşa ərazisində əmələ gəlmişdir. Dördüncü dövr buzlaşmasının təsirinə məruz qalan dağətəyi düzənliklərin bir qismi də fluvioqlasial düzənlik kimi formalaşmışdır. Belə düzənliklərə Azərbaycanda Qusar maili düzənliyini,Almaniyada Münxen düzənliyini və s.düzənlikləri misal göstərmək olar.
Arazboyu düzənliklər
Arazboyu düzənlikləri — Culfa -Ordubad Arazboyu düzənliyi Naxçıvan düzənliyindən cənub-qərbdə yerləşib, ondan Nehrəm yaylası ilə (Dərəşam dərəsi) ayrılır. Düzənlik Zəngəzur dağ silsiləsinin cənub ətəyi ilə Araz çayı arasında qalan ensiz zolaq şəklində olan sahə boyunca Muxtar Respublikanın cənub və qərb sərhəddinə, Həsəndağın qərb yamaclarınadək uzanır. Oroqrafik cəhətdən bu zolaq Araz çayının sol qolları olan Qaradərə, Gilançay, Düylünçay, Vənəndçay, Əylisçay, Ordubadçay və Gənzəçayın Arazboyu sahəsində yaratdıqları kiçik maili düzənliklərdən və gətirmə konuslarından ibarətdir. Bu düzənlik bir qədər yuxarıda bir-biri ilə dağ yolları ilə ayrılır və Araz boyu hissədə birləşərək ümumi düzənlik zolağı əmələ gətirir. Qaradərə çayının mənsəbində yerləşmiş Yaycı, Gilançayın yaratdığı Aza, Düylünçayın gətirmə konusuna təvafiq edən Dəstə, Ordubadçay və Əylisçayın gətirmə konuslarının birləşməsindən yaranan Ordubad düzənliyi o cümlədəndir. Qrunt sularının yatım dərinliyi dağ ətəyi hissədən Araz çayına doğru 10–12 m-dən 1,7–3,5 m-dək azalır. Suçəkmə əməliyyatı zamanı kəşfiyyat quyularının sərfi və xüsusi sərfi Arazboyu düzənlik daxilində müxtəlif qiymətlərə malik olmuşdur. Culfa düzənliyinin şimal-qərb və cənub-şərq hissələrində quyuların sərfi 0,3–10,7 l/san, xüsusi sərfi isə 0,04–0,2 ll/san-dir. Culfa şəhəri yaxınlığında qazılmış quyunun sərfi 20 l/san, xüsusi sərfi isə 15,29 ll/san təşkil edir. Quyunun xüsusi sərfinin yüksək olması Araz çayının yataqaltı suları ilə qidalanmasından irəli gəlir.
Akkumulyativ relyef
Akkumulyativ yamac
Akkumulyativ terras
Akkumulyativ terras- allüvi, dəniz, göl və ya göl – buzlaq çöküntülərindən təşkil olunmuş terrasa deyilir. == Haqqında == Akkumulyativ terras bir akkumulasion tsikl çöküntülərindən ibarət və dərinliyi sonrakı kəsimdən çox olan terrasdır. Akkumulyativ terras çay (allüvium), dəniz və ya göl (dəniz və ya göl çöküntüləri) və b. növləri ayrılır. == Həmçinin bax == Akkumlyativ relyef == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679 səhifə.
Akkumulyativ sahil tipi
Akkumulyativ sahil tipi — Bu tip sahillərin əmələ gəlməsi yalnız nisbətən dayaz şelf zonasında mümkündür. Bu da geomorfologiya və okeanoqrafiyadan məlum olan məşhur Kornalya-Zenkoviç qanunauyğunluğu ilə əlaqədardır. Bu qanunauyğunluğa əsasən dəniz və okean şəraitində nisbətən dərin sahədə suyun ayrı-ayrı hissəcikləri dairəvi orbit üzrə hərəkət edir. Dayazlıq artdıqca, yəni şelf sahəsinin sahilə yaxın ərazisində həmin orbit xeyli sıxılır və elliptik orbit ilə əvəz olunur. Dayazlığın daha da artması nisbətən yastı ellipsin əmələ gəlməsinə səbəb olur. Ona görə də həmin yastı ellips üzrə qüvvə vektorları dərinliyin azaldığı sahəyə doğru, yəni sahilə doğru yönəlmiş olur. Bu səbəbdən dayaz sahənin qum çöküntüləri sahilə doğru aparılır. Nəticədə əsasən qum çöküntülərindən ibarət olan akkumulyativ sahil tipi əmələ gəlir. Belə sahillərə misal olaraq Xəzər dənizinin sahil zonasının çox hissəsini Krım yarımadasının şimal-qərb hissəsini, Baltik dənizinin cənub sahillərinin çox hissəsini və s. göstərmək olar.